Peskov: Əbu-Dabidəki danışıqlar avroüçlüyün iştirakı olmadan keçiriləcək

Digər ölkələr
  • 09 noyabr, 2026
  • 13:41
Peskov: Əbu-Dabidəki danışıqlar avroüçlüyün iştirakı olmadan keçiriləcək

Avropa nümayəndələri Əbu-Dabidə Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə üçtərəfli danışıqlarda iştirak etməyəcəklər.

"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Yaxın günlərdə Əbu-Dabidə ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında üçtərəfli danışıqlar keçiriləcək. Avropalıların iştirakına gəlincə, bilirsiniz ki, amerikalıların və ukraynalıların avropalılarla öz ünsiyyət kanalları var və görünür, onlar artıq öz koordinasiya mexanizmlərini qururlar", - o bildirib.

Bu gün "Politico" nəşri xəbər verib ki, Böyük Britaniya, Fransa və Almaniyanın milli təhlükəsizlik üzrə müşavirləri Əbu-Dabidəki danışıqlar zamanı yaxınlıqda olacaqlar və ölkələrin gələcək iştirakı danışıqlar irəlilədikcə müəyyən ediləcək.

44 filmi