"Kür" həndbol komandası EHF Avropa Kubokunda mübarizəni dayandırıb
Komanda
- 15 noyabr, 2026
- 18:29
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Qadınlardan ibarət "Kür" həndbol komandası EHF Avropa Kubokunda mübarizəni dayandırıb.
"Report"un Mingəçevirə ezam olunan əməkdaşı xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin III təsnifat mərhələsinin cavab oyununda Şimali Makedoniyanın "WHC Çair" kollektivi ilə üz-üzə gəlib.
"Kür" Olimpiya Tədris-İdman Mərkəzində baş tutan matçda qonaq komanda qələbə qazanıb - 32:21. Bununla da Azərbaycan təmsilçisi EHF Avropa Kuboku ilə vidalaşıb.
Tərəflər arasında ilk matçda da rəqib komanda qalib 27:24 gəlmişdi.
Xatırladaq ki, "Kür" II raundda Kiprin APOEL klubunu mübarizədən kənarlaşdırıb - 40:18, 39:13.
Son xəbərlər
19:50
İlham Əliyev: Ümummilli Liderin Azərbaycan teleradiosuna diqqət və qayğısı bu sahənin inkişafında xüsusi yer tutur
Media
19:49
Prezident: Radio və televiziya dövlətçilik ənənələrimizin, Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır
Media
19:39
Prezident İlham Əliyev Azərbaycan Respublikasının televiziya və radio işçilərini təbrik edib
Media
19:38
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
Hadisə
19:22
"Kür"ün baş məşqçisi: "Şimali Makedoniya komandası ilə matçda maksimum güc sərf etdik"
Komanda
19:17
İslami: İran yaxın vaxtlarda ilk yerli nüvə-istilik qurğusunu işə salacaq
Region
18:55
Türkiyədə PUA əleyhinə EJDERHA sistemi uğurla sınaqdan keçirilib
Region
18:39
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27m/s-dək güclənib – Faktiki hava
Ekologiya
18:29
Foto
"Kür" həndbol komandası EHF Avropa Kubokunda mübarizəni dayandırıb
Komanda