Şahin Babayev: "BakuBus"da 800 sürücüyə ehtiyac var"

İnfrastruktur
  • 18 noyabr, 2026
  • 13:02
Şahin Babayev: BakuBusda 800 sürücüyə ehtiyac var

"BakuBus" MMC-də 800 sürücünün işə götürülməsi lazımdır.

"Report" xəbər verir ki, bunu "AZCON Holding"in icraçı direktoru Şahin Babayev "Peşə Təhsili Forumu 2026"da deyib.

O bildirib ki, cari vəziyyətdə nəqliyyat istiqamətində "BakuBus"da hazırda 3700 sürücü var: "Prezidentin tapşırığına uyğun olaraq, "BakuBus"ın fəaliyyət istiqaməti günü-gündən genişlənir, digər bölgələrdə də depolar və sair tikilir, infrastruktur genişlənir və ən azından növbəti qısa müddət üçün bizə 800 sürücünün də işə götürülməsinə ehtiyac var. Bu kateqoriyada olan insanların da tapılması üçün bu peşənin bizim üçün xüsusi əhəmiyyəti var və insanların gündəlik təhlükəsizliyini nəzərə alaraq xüsusi əhəmiyyəti var".

O əlavə edib ki, bu və digər sahələrdə də bu qaydada davam edir: "Məsələn, aviasiya sahəsində AZAL-ın təyyarə parkı ilbəil strategiyaya uyğun olaraq genişlənir və bizim əsas məqsədimiz yerli pilotların sayının artırılmasıdır".

44 filmi