Heydər Əliyev Mərkəzinin parkında uşaqlar üçün yaradıcılıq günü keçirilib
İncəsənət
- 15 avqust, 2017
- 07:04
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 15 avqust. REPORT.AZ/ Heydər Əliyev Mərkəzinin parkında uşaqlar üçün növbəti tədbir keçirilib.
Mərkəzdən "Report"a verilən məlumata görə, "Sevimi Bala" uşaq klubu ilə birgə təşkil olunan yaradıcılıq günündə balacalar öz bacarıqlarını iki mövzuda nümayiş etdiriblər.
Uşaqlar rəssam Nərminə Vəliyevanın müəllifi olduğu əsər əsasında stend üzərində nəhəng, rəngarəng mələk qanadları yaradıblar. Eyni zamanda, 10 metr uzunluğunda rəsm kağızı üzərində "Bakı şəhəri" mövzusunda rəsmlər çəkiblər.
Yaradıcılıq günü uşaqların incəsənətə marağını artırmaq, bacarıqlarını inkişaf etdirməklə yanaşı, onlar arasında həmrəylik hisslərini artırmağa, asudə vaxtlarının səmərəli təşkilinə yönəlib.
Son xəbərlər
04:23
Yaponiya sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib
Digər ölkələr
03:38
Tramp Avropadakı iğtişaşlarla bağlı diqqətçəkən paylaşım edib
Digər ölkələr
03:12
Türkiyənin Kapital Bazarları Şurasına yeni sədr təyin edilib
Region
02:35
Haaqada gənclərin etiraz aksiyalarında 34 nəfər saxlanılıb
Digər ölkələr
02:23
Foto
Dakarda Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib
Fərdi
02:08
Tbilisidə IMMAF dünya çempionatı başlayır, Azərbaycan 7 idmançı ilə təmsil olunur
Fərdi
01:39
Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçiriləcək
Digər ölkələr
01:21
İranda baş verən yol qəzasında doqquz nəfər həlak olub
Region
00:54
Fransada etiraz aksiyalarında 511 nəfər saxlanılıb - Yenilənib-2
Digər ölkələr