Səfirlik: Rustavidəki yol qəzasında xəsarət alan azərbaycanlıların vəziyyəti diqqətdə saxlanılır
Hadisə
- 06 sentyabr, 2018
- 14:42
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Tbilisi. 6 sentyabr. REPORT.AZ/ Azərbaycanın Gürcüstandakı səfirliyi Rustavi şəhərində baş vermiş yol qəzasında xəsarət alan azərbaycanlıların vəziyyətini diqqətdə saxlayır.
Səfirlikdən “Report”un Gürcüstan bürosuna bildirilib ki, diplomatik korpusun əməkdaşı Rustavi Şəhər Mərkəzi Xəstəxanasına baş çəkəcək və orada müalicə olunan azərbaycanlıların vəziyyəti ilə maraqlanacaq.
Qeyd edək ki, bu gün günorta saatlarında Gürcüstanın Rustavi şəhərində ağır yol qəzası baş verib. Nəticədə Gürcüstan vətəndaşı olan 10 azərbaycanlı və 1 Azərbaycan vətəndaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan üçünün vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
Son xəbərlər
03:44
Heqset: Konqresdə mənim istefama nail ola bilməyəcəklər
Digər ölkələr
03:03
Kuşner: ABŞ və müttəfiqləri Avropaya dair məzmunlu məsləhətləşmələr aparıb
Digər ölkələr
02:49
Zonqulkdakda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Region
02:29
Tramp: Ukrayna ilə bağlı saziş bütün Avropaya təsir edə bilər
Digər ölkələr
02:19
İran "Starlink"ə qarşı yerli peyk interneti yaratmaq istəyir
Region
01:59
UEFA Avropa Liqası: "Milan" öz meydanında uduzub, "Yuventus" səfərdə qələbə qazanıb
Futbol
01:57
UEFA Konfrans Liqası: "Trabzonspor" öz meydanında məğlub olub
Futbol
01:51
Rusiya XİN: Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər
Region
01:18
İsxak Hersoq İsrailin baş naziri postuna namizədin adını açıqlayacaq
Digər ölkələr