"Qarabağ" və "Neftçi"nin qış toplanışı üçün hazırlıq planı bəlli olub
Futbol
- 30 noyabr, 2021
- 08:34
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Neftçi" klubunun qış təlim-məşq toplanışı üçün planı bəlli olub.
Bu barədə "Report"a paytaxt təmsilçisinin Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Rüstəm Allahverdiyev məlumat verib.
Onun sözlərinə görə, "ağ-qaralar" 10 - 25 yanvarda Türkiyənin Antalya şəhərində hazırlıq prosesi keçməyi planlaşdırır. Son ölkə çempionu burada 3 yoxlama matçında qüvvəsini sınayacaq. Lakin hələlik rəqiblər bəlli deyil.
"Qarabağ" da toplanış üçün Antalyanı seçib. Ağdam klubunun Mətbuat Xidmətindən "Report"a bildirilib ki, "köhlən atlar" 12 - 26 yanvarda 3 yoxlama görüşü keçirmək niyyətindədir. Rəqiblərdən biri Polşa "Şlyonsk"udursa, digərləri dəqiqləşməyib.
Son xəbərlər
03:03
Kuşner: ABŞ və müttəfiqləri Avropaya dair məzmunlu məsləhətləşmələr aparıb
Digər ölkələr
02:49
Zonqulkdakda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Region
02:29
Tramp: Ukrayna ilə bağlı saziş bütün Avropaya təsir edə bilər
Digər ölkələr
02:19
İran "Starlink"ə qarşı yerli peyk interneti yaratmaq istəyir
Region
01:59
UEFA Avropa Liqası: "Milan" öz meydanında uduzub, "Yuventus" səfərdə qələbə qazanıb
Futbol
01:57
UEFA Konfrans Liqası: "Trabzonspor" öz meydanında məğlub olub
Futbol
01:51
Rusiya XİN: Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər
Region
01:18
İsxak Hersoq İsrailin baş naziri postuna namizədin adını açıqlayacaq
Digər ölkələr
01:08
Məkkə sazişinə dair qanun layihəsi TBMM-də təsdiqlənib
Region