"Qarabağ"ın rəqibi iki futbolçusu ilə vidalaşıb
Futbol
- 13 iyul, 2022
- 11:28
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan İsveçrə "Sürix"i iki futbolçusu ilə yollarını ayırıb.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, icarə əsasında komandada çıxış edən xorvatiyalı Ante Koriç müqavilə ilə məxsus olduğu İtaliya "Roma"sına qayıdıb.
25 yaşlı yarımmüdafiəçi İsveçrə təmsilçisində 23 oyun keçirib, bir qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.
"Sürix" 21 yaşlı müdafiəçi Filip Freyin sözləşməsinin uzadılmadığını da açıqlayıb.
Qeyd edək ki, "Qarabağ" "Sürix"lə ilk matçını iyulun 19-da evdə, cavab görüşünü isə iyulun 27-də səfərdə keçirəcək.
Son xəbərlər
03:44
Heqset: Konqresdə mənim istefama nail ola bilməyəcəklər
Digər ölkələr
03:03
Kuşner: ABŞ və müttəfiqləri Avropaya dair məzmunlu məsləhətləşmələr aparıb
Digər ölkələr
02:49
Zonqulkdakda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Region
02:29
Tramp: Ukrayna ilə bağlı saziş bütün Avropaya təsir edə bilər
Digər ölkələr
02:19
İran "Starlink"ə qarşı yerli peyk interneti yaratmaq istəyir
Region
01:59
UEFA Avropa Liqası: "Milan" öz meydanında uduzub, "Yuventus" səfərdə qələbə qazanıb
Futbol
01:57
UEFA Konfrans Liqası: "Trabzonspor" öz meydanında məğlub olub
Futbol
01:51
Rusiya XİN: Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər
Region
01:18
İsxak Hersoq İsrailin baş naziri postuna namizədin adını açıqlayacaq
Digər ölkələr