Premyer Liqa: "Kəpəz" 6 ildən sonra ardıcıl iki qələbə qazanıb
Futbol
- 27 fevral, 2023
- 06:30
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Kəpəz" 6 ildən sonra Azərbaycan Premyer Liqasında ardıcıl ikinci qələbəsini qazanıb.
"Report" xəbər verir ki, tarixi qalibiyyət Gəncə təmsilçisinin səfərdə "Sumqayıt"ı 2:1 hesabı ilə yendiyi XXIV tur oyununa təsadüf edib. "Sarı-göylər" XXIII turda evdə "Şamaxı"ya qalib gəlib - 3:2.
"Kəpəz"in sonuncu belə uğurunu 2016/2017 mövsümündə əldə edib. 2017-ci ilin aprelində qərblilər ardıcıl 4 matçda üç xal qazanıb. Gəncəlilər 2017/2018 mövsümündə və cari çempionatın əvvəlki turlarında iki qələbədən artıq seriyaya imza atmayıb.
Sumqayıtdakı oyun həm də “Kəpəz”in qol vurduğu 400-cü matç kimi tarixə düşüb. Yalnız üç komanda daha çox görüşdə fərqlənib. Bunlar “Qarabağ”, “Neftçi” və “Şamaxı”dır.
Son xəbərlər
05:45
Egey dənizində zəlzələ olub
Region
04:57
Rubio: Vens prezident seçkilərində iştirak etsə, onu dəstəkləyəcəyəm
Digər ölkələr
04:07
Foto
Türkiyənin sabiq naziri Fatma Betül Sayan Kaya həbs edilib
Region
03:44
Heqset: Konqresdə mənim istefama nail ola bilməyəcəklər
Digər ölkələr
03:03
Kuşner: ABŞ və müttəfiqləri Avropaya dair məzmunlu məsləhətləşmələr aparıb
Digər ölkələr
02:49
Zonqulkdakda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Region
02:29
Tramp: Ukrayna ilə bağlı saziş bütün Avropaya təsir edə bilər
Digər ölkələr
02:19
İran "Starlink"ə qarşı yerli peyk interneti yaratmaq istəyir
Region
01:59
UEFA Avropa Liqası: "Milan" öz meydanında uduzub, "Yuventus" səfərdə qələbə qazanıb
Futbol