Mikel Arteta "Arsenal"la uzunmüddətli müqavilə imzalamağa yaxındır
Futbol
- 10 sentyabr, 2026
- 18:18
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Mikel Arteta baş məşqçisi olduğu "Arsenal"la uzunmüddətli müqavilə imzalamağa yaxındır.
"Report" xarici mediaya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis "topçular"dakı fəaliyyətini davam etdirmək niyyətindədir.
Arteta yay aylarında klub rəhbərliyinə komandadan ayrılmaq fikrində olmadığını çatdırıb.
Qeyd edək ki, 44 yaşlı Mikel Arteta 2019-cu ilin dekabrından "Arsenal"a rəhbərlik edir. Onun klubla müqaviləsinin müddəti 2027-ci ildə başa çatacaq.
İspaniyalı baş məşqçinin rəhbərliyi altında "Arsenal" ötən mövsüm İngiltərə çempionu olub. London klubu bu uğura 22 illik fasilədən sonra nail olub.
Son xəbərlər
22:44
"Çelsi"nin hücumçusu Joao Pedro bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq
Futbol
22:42
Foto
Kolumbiya-Venesuela sərhədində partlayış baş verib, polislər yaralanıb
Digər ölkələr
22:25
Foto
Video
Azərbaycanlıların yaşadığı Qıvraq kəndi: tarixdən silinən izlər və susan yaddaş
Daxili siyasət
22:12
Türkiyə Egey və Şərqi Aralıq dənizindəki hüquqlarından güzəştə getməyəcək
Region
22:01
"CNN Brasil": Bolsonaru ailəsi ilə birlikdə ABŞ-yə qaçıb
Digər ölkələr
21:53
"Sabah" FIBA Çempionlar Liqasında Fransa klubuna qalib gəlib
Komanda
21:48
Bart Ovri: Aİ Azərbaycanla münasibətləri geosiyasi çərçivədən kənarda inkişaf etdirməlidir
Xarici siyasət
21:47
"Fənərbağça" İsmayıl Kartalla yollarını ayırıb
Futbol
21:43
Brüsseldə Azərbaycan-Aİ beyin mərkəzlərinin I Forumu keçirilib
Xarici siyasət