"Mançester Yunayted" Maurisio Poçettinonun baş məşqçi təyin olunduğunu açıqlayıb

Futbol
  • 13 noyabr, 2026
  • 16:04
Mançester Yunayted Maurisio Poçettinonun baş məşqçi təyin olunduğunu açıqlayıb

İngiltərənin "Mançester Yunayted" klubu Maurisio Poçettinonun baş məşqçi təyin olunduğunu açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə "qırmızı şeytanlar"ın rəsmi saytı məlumat yayıb.

54 yaşlı mütəxəssis bu postda Maykl Kerriki əvəzləyib.

Son olaraq ABŞ millisinin baş məşqçisi olan M.Poçettino noyabrın 18-dən işə başlayacaq.