"Lion" - "Marsel" oyunu yarımçıq dayandırılıb

Futbol
  • 21 noyabr, 2021
  • 20:21
Lion - Marsel oyunu yarımçıq dayandırılıb

Futbol üzrə Fransa Liqa 1-də XIV turun "Lion" - "Marsel" görüşü yarımçıq qalıb.

"Report"un məlumatına görə, buna yerli komanda azarkeşlərinin qonaqların futbolçularına oynamaq imkanı verməmələri səbəb olub.

5-ci dəqiqədə hesab 0:0 ikən "Marsel" künc zərbəsi yerinə yetirməyə başlayarkən, tribunadan yad əşyalar atılıb. Nəticədə yarımmüdafiəçi Dimitri Payetin başına şu qabı dəyib.

Baş hakim Rüddi Büke komandaları meydandan çıxarıb.

Hələlik matç bərpa olunmayıb.