İspaniyanın “Selta” klubu həbs olunmuş futbolçu ilə müqaviləyə xitam verib
Futbol
- 05 avqust, 2023
- 05:02
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniyanın “Selta” klubu hücumçusu, həbs olunmuş Santi Mina ilə müqaviləyə xitam verib.
"Report" bu barədə klubun rəsmi saytına istinadən xəbər verir.
Santi Mina ilə əmək müqaviləsi birtərəfli qaydada ləğv olunub.
Qeyd edək ki, iyul ayında Minaya təcavüzə görə 4 il həbs cəzası kəsilib. Hadisə 2017-ci ildə futbolçunun "Valensiya"da çıxış etdiyi vaxt baş verib. Mina zərərçəkmişə 25 min avro ödəməli olacaq. Onun qərardan İspaniya Ali Məhkəməsinə şikayət etmək hüququ var.
Ötən mövsüm Mina Səudiyyə Ərəbistanının "Əl-Şəbab" klubunda icarə əsasında çıxış edib. O, 2019-cu ildən "Selta"da oynayırdı.
Son xəbərlər
05:45
Egey dənizində zəlzələ olub
Region
05:26
"Reuters": Ukrayna və ABŞ-nin "Starshield"dən istifadə ilə bağlı müqaviləsinin müddəti 2027-ci ildə başa çatır
Digər ölkələr
04:57
Rubio: Vens prezident seçkilərində iştirak etsə, onu dəstəkləyəcəyəm
Digər ölkələr
04:07
Foto
Türkiyənin sabiq naziri Fatma Betül Sayan Kaya həbs edilib
Region
03:44
Heqset: Konqresdə mənim istefama nail ola bilməyəcəklər
Digər ölkələr
03:03
Kuşner: ABŞ və müttəfiqləri Avropaya dair məzmunlu məsləhətləşmələr aparıb
Digər ölkələr
02:49
Zonqulkdakda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Region
02:29
Tramp: Ukrayna ilə bağlı saziş bütün Avropaya təsir edə bilər
Digər ölkələr
02:19
İran "Starlink"ə qarşı yerli peyk interneti yaratmaq istəyir
Region