DÇ-2022: Biletlər üçün bir sutkaya bir milyondan çox müraciət olub
Futbol
- 21 yanvar, 2022
- 06:45
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı böyük marağa səbəb olub.
"Report" FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, mundial üçün biletlər satışa çıxandan 24 saat sonra 1,2 milyon bilet üçün müraciət gəlib.
Ən çox tələb yerli fanatlardan olub. Daha sonra Argentina, Meksika, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə, Hindistan, Səudiyyə Ərəbistanı, Braziliya və Fransadan olan tərəfdarlar biletləri almaq istəyib.
Final qarşılaşması üçün 140 mindən çox, açılış görüşü üçün isə 80 mindən çox bilet tələb olunub.
Bilet satışının ilkin mərhələsi fevralın 8-dək davam edəcək.
Qeyd edək ki, Qətərdəki dünya çempionatı 21 noyabr - 18 dekabrda keçiriləcək.
Son xəbərlər
03:03
Kuşner: ABŞ və müttəfiqləri Avropaya dair məzmunlu məsləhətləşmələr aparıb
Digər ölkələr
02:49
Zonqulkdakda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Region
02:29
Tramp: Ukrayna ilə bağlı saziş bütün Avropaya təsir edə bilər
Digər ölkələr
02:19
İran "Starlink"ə qarşı yerli peyk interneti yaratmaq istəyir
Region
01:59
UEFA Avropa Liqası: "Milan" öz meydanında uduzub, "Yuventus" səfərdə qələbə qazanıb
Futbol
01:57
UEFA Konfrans Liqası: "Trabzonspor" öz meydanında məğlub olub
Futbol
01:51
Rusiya XİN: Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər
Region
01:18
İsxak Hersoq İsrailin baş naziri postuna namizədin adını açıqlayacaq
Digər ölkələr
01:08
Məkkə sazişinə dair qanun layihəsi TBMM-də təsdiqlənib
Region