"Borussiya"nın hücumçusunun “Barselona”ya keçidi rəsmiləşib
Futbol
- 28 avqust, 2017
- 13:50
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 28 avqust. REPORT.AZ/ Almaniyanın “Borussiya” (Dortmund) klubunun futbolçusu Usman Dembelenin İspaniya “Barselona”sına keçidi rəsmiləşib.
“Report” Kataloniya təmsilçisinin saytına istinadən xəbər verir ki, 20 yaşlı fransalı hücumçu bu gün rəsmi müqaviləyə qol çəkib. Sözləşmənin müddəti barədə məlumat verilmir.
“Barselona”nın onun transferi üçün Dortmund təmsilçisinə 105 milyon avro ödədiyi bildirilir. Futbolçunun sərbəst qalma qiyməti isə 400 milyon avro təyin edilib.
Qeyd edək ki, Usman Dembele 12 may 2016-cı ildə 15 milyon avro qarşılığında Fransanın “Renn” klubundan “Borussiya”ya keçib. O, ötən mövsüm iştirak etdiyi 32 oyunda 6 qol vurub.
Son xəbərlər
21:46
Vəfat edən futbolçu Xesus de Migelin xatirəsi oyunların 9-cu dəqiqəsində anılacaq
Futbol
21:42
Araxamiya: Oleşkidəki atəşkəs 2022-ci ildən bəri gərginliyin azaldılmasına doğru ən böyük addım olub
Digər ölkələr
21:24
Kamerunda yaraqlıların hücumu zamanı 7 nəfər ölüb
Digər ölkələr
21:16
Afyonkarahisarda silahlı hücum qeydə alınıb, ölənlər var
Region
21:15
Azərbaycan cüdoçuları Zaqrebdə Qran-Pri turnirində iştirak edəcəklər
Fərdi
21:12
Dmitriyev: Putin Trampın Ukraynada nizamlanma səylərini yüksək qiymətləndirir
Region
20:55
Foto
Mətbuat Şurası sədrinin müavinləri müəyyənləşib
Media
20:54
Melaniya Tramp Oleşkidəki atəşkəsin davamlı sülhə doğru addım olacağına ümid edir
Digər ölkələr
20:35
Foto
Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
Fərdi