"Barselona" derbidə xal itirib
Futbol
- 13 fevral, 2022
- 22:07
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Espanyol" və "Barselona" arasında Kataloniya derbisi İspaniya La Liqasının XXIV turuna təsadüf edib.
"Report"un məlumatına görə, "Kornelya El Prat" stadionunda keçirilmiş görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Hesabı 2-ci dəqiqədə qonaq komandadan Pedri açıb. 40-cı dəqiqədə Serxi Darder bərabərlik qolunu vurub. 60-cı dəqiqədə Raul de Tomas meydan sahiblərini hesabda önə çıxarıb.
90+2-ci dəqiqədə Niko Melamed və Jerar Pike bir-biriləri ilə münaqişəyə girdikləri üçün qırmızı vərəqə alaraq meydandan qovulublar.
Qonaqlar məğlubiyyətdən 90+6-cı dəqiqədə Lük de Yonqun qolu ilə xilas olub.
Bununla da 23 oyundan 39 xal yığan "Barselona" 4-cü, 24 matçdan 28 xala malik "Espanyol" isə 13-cü pillədə yer alıb.
Son xəbərlər
23:52
Misir 12 illik fasilədən sonra Liviyanın paytaxtında səfirliyini yenidən açıb
Digər ölkələr
23:37
Trampla demokratlar arasında qarşıdurma dərinləşir
Digər ölkələr
23:16
Türkiyədə ağır yol qəzasında ölənlərin sayı 9-a çatıb - Yenilənib
Region
23:03
Foto
"Tağıyev: Məktəb" filmi "Ən yaxşı rejissor" nominasiyasının qalibi olub
Mədəniyyət siyasəti
22:51
Foto
Ağdam, Füzuli və Xocavənd məktəbliləri arasında Zəfər Gününə həsr olunmuş şeir müsabiqəsi keçirilib
Daxili siyasət
22:36
Foto
Sarayevoda Zəfər Gününün 6-cı ildönümü münasibətilə konsert və qəbul keçirilib
Digər ölkələr
22:34
Foto
"Azıx mağarası: Azərbaycanın beşiyi" filmi "Korkut Ata" festivalında mükafat qazanıb
Mədəniyyət siyasəti
22:28
Demokratlar Ukraynaya 15 milyard dollarlıq yardım paketi hazırlayır
Digər ölkələr
22:16
Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub
Daxili siyasət