Türkiyədə TIR-la mikroavtobus toqquşub, 7 nəfər ölüb

Region
  • 07 noyabr, 2026
  • 21:44
Türkiyədə TIR-la mikroavtobus toqquşub, 7 nəfər ölüb

Türkiyədə ağır yol qəzasında 7 nəfər ölüb.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, qəza Van-Özalp avtomobil yolunda baş verib.

Qeyd olunub ki, TIR-la mikroavtobusun toqquşması nəticəsində 7 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım, polis, jandarma, Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD), Milli Tibbi Xilasetmə Qrupu , eləcə də yanğınsöndürmə qrupları cəlb olunub.