Trampla demokratlar arasında qarşıdurma dərinləşir

Digər ölkələr
  • 07 noyabr, 2026
  • 23:37
Trampla demokratlar arasında qarşıdurma dərinləşir

ABŞ prezidenti Donald Tramp, onun administrasiyası, tərəfdaşları və respublikaçı donorları ilə bağlı Konqres araşdırmaları aparmaq planlarını açıqladıqdan sonra Ədliyyə Nazirliyinə Demokrat Partiyasının üzvlərini araşdırmağı əmr edib.

"Report" xəbər verir ki, bu barədə ABŞ lideri "Truth Social" sosial şəbəkəsində yazıb.

Tramp demokratları respublikaçıları təqib etməkdə, eləcə də ABŞ-nin baş prokurorunu və digər vəzifəli şəxsləri əsassız olaraq impiçmentlə hədələməkdə ittiham edib. O, bu cür təhdidləri "ən yüksək səviyyədə reketçilik" adlandıraraq demokratların dövlət institutlarından siyasi məqsədlər üçün istifadə etdiyini bildirib.

"Onlar həmçinin dünyanın ən hörmətli insanlarından olan donorlarımızı yalnız respublikaçı və ya respublikaçıların tərəfdarı olduqlarına görə həbs və bir çox digər cəza tədbirləri ilə hədələyirlər. Bu, dövlət institutlarından silah kimi istifadə və tamamilə yeni səviyyədə hüquqi müharibədir", – Vaşinqton administrasiyasının rəhbəri yazıb.

ABŞ Prezidenti ayrıca Miçiqan ştatından olan senator Elissa Slotkini də tənqid edərək onu respublikaçı dəyərlərini bölüşən gəncləri təqib etmək niyyətində olmaqda ittiham edib.

"Demokrat Partiyasının siyasi liderləri tərəfindən çoxsaylı insanlara təhdid məktubları göndərilib. Onların hamısı günahsızdır. Bununla mən Ədliyyə Nazirliyinə bu cinayət əməlinin dərhal araşdırılmasını tapşırıram!" – Tramp fikirlərini yekunlaşdırıb.

44 filmi