Xorvatiya Qran-prisi: Azərbaycan cüdoçusu finala yüksəlib
Fərdi
- 26 sentyabr, 2021
- 12:23
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pridə bu gün Azərbaycanın son cüdoçusu mübarizəyə qoşulub.
"Report"un məlumatına görə, 90 kq çəki dərəcəsində yer alan Məmmədəli Mehdiyev mübarizəyə 1/8 final mərhələsindən başlayıb. Onun rəqibi polşalı Sebastyan Oldak olub. Rəqibinə qalib gələn Mehdiyev növbəti mərhələdə Avstriyanı təmsil edən Vaxid Borçiaşvili ilə qarşılaşıb. Bu dəfə də qələbə qazanan 28 yaşlı idmançı yarımfinalda rusiyalı Xusen Xalmurzayevlə üz-üzə gəlib.
Mehdiyev ipponla qalib gələrək, finala yüksəlib. Həlledici görüşdə onun rəqibi gürcüstanlı Lika Maysuradze olacaq.
Qeyd edək ki, ötən gün Hidayət Heydərov 73 kq çəkidə qızıl medal qazanıb.
Son xəbərlər
04:07
Foto
Türkiyənin sabiq naziri Fatma Betül Sayan Kaya həbs edilib
Region
03:44
Heqset: Konqresdə mənim istefama nail ola bilməyəcəklər
Digər ölkələr
03:03
Kuşner: ABŞ və müttəfiqləri Avropaya dair məzmunlu məsləhətləşmələr aparıb
Digər ölkələr
02:49
Zonqulkdakda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Region
02:29
Tramp: Ukrayna ilə bağlı saziş bütün Avropaya təsir edə bilər
Digər ölkələr
02:19
İran "Starlink"ə qarşı yerli peyk interneti yaratmaq istəyir
Region
01:59
UEFA Avropa Liqası: "Milan" öz meydanında uduzub, "Yuventus" səfərdə qələbə qazanıb
Futbol
01:57
UEFA Konfrans Liqası: "Trabzonspor" öz meydanında məğlub olub
Futbol
01:51
Rusiya XİN: Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər
Region