Dünya Kuboku: Nicat Abasov üçüncü yer uğrunda ilk oyununda qələbə qazanıb
Fərdi
- 22 avqust, 2023
- 13:45
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda keçirilən Dünya Kubokunda üçüncü yer uğrunda ilk oyununda qələbə qazanıb.
“Report”un məlumatına görə, 28 yaşlı qrossmeyster ABŞ təmsilçisi Fabiano Karuanaya qalib gəlib.
Ağ fiqurlarla mübarizə aparan Abasov 26-cı gedişdə rəqibini təslim olmağa məcbur edib.
Şahmatçılar avqustun 23-də ikinci dəfə üz-üzə gələcəklər. Dünya Kubokunda bürünc medal qazanmaq üçün Nicat Abasova heç-heçə də kifayət edəcək.
Qeyd edək ki, bu gün, həmçinin, finalın ilk oyunu baş tutub. Rameşbabu Praqqnanandha (Hindistan) ağ fiqurlarla 5 qat dünya çempionu Maqnus Karlseni (Norveç) sınağa çəkib. Partiya 35-ci gedişdə heç-heçə başa çatıb.
Son xəbərlər
04:07
Foto
Türkiyənin sabiq naziri Fatma Betül Sayan Kaya həbs edilib
Region
03:44
Heqset: Konqresdə mənim istefama nail ola bilməyəcəklər
Digər ölkələr
03:03
Kuşner: ABŞ və müttəfiqləri Avropaya dair məzmunlu məsləhətləşmələr aparıb
Digər ölkələr
02:49
Zonqulkdakda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Region
02:29
Tramp: Ukrayna ilə bağlı saziş bütün Avropaya təsir edə bilər
Digər ölkələr
02:19
İran "Starlink"ə qarşı yerli peyk interneti yaratmaq istəyir
Region
01:59
UEFA Avropa Liqası: "Milan" öz meydanında uduzub, "Yuventus" səfərdə qələbə qazanıb
Futbol
01:57
UEFA Konfrans Liqası: "Trabzonspor" öz meydanında məğlub olub
Futbol
01:51
Rusiya XİN: Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər
Region