Azərbaycanın daha bir para-atleti dünya çempionatına lisenziya qazanıb
Fərdi
- 27 may, 2023
- 13:49
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın daha bir para-atleti Rüfət Rəfiyev iyulda Fransanın paytaxtı Parisdə keçiriləcək atletika üzrə dünya çempionatına lisenziya qazanıb.
Milli Paralimpiya Komitəsindən “Report”a verilən məlumata görə, o, İsveçrənin Notvil şəhərində keçirilən Qran-pridə bürünc medal əldə etməklə buna nail olub.
R.Rəfiyev nüvə itələmə (F36) üzrə 13.68 metr nəticə göstərərək, üçüncü yerə sahib çıxıb.
Qeyd edək ki, daha əvvəl yığmanın digər üzvləri Rasim Yaxin, Ömər Bozbaxov və Səid Nəcəfzadə dünya çempionatında iştirakı təmin ediblər.
Son xəbərlər
22:15
Rezai: Putin ABŞ-İran münaqişəsini bitirmək üçün hər şey edəcək
Region
22:02
Fransada genişmiqyaslı etirazlara 600 min nəfər qatılıb - Yenilənib
Region
21:54
Müctəba Xameneinin məktubu Vladimir Putinə çatdırılıb
Region
21:46
Vəfat edən futbolçu Xesus de Migelin xatirəsi oyunların 9-cu dəqiqəsində anılacaq
Futbol
21:42
Araxamiya: Oleşkidəki atəşkəs 2022-ci ildən bəri gərginliyin azaldılmasına doğru ən böyük addım olub
Digər ölkələr
21:24
Kamerunda yaraqlıların hücumu zamanı 7 nəfər ölüb
Digər ölkələr
21:16
Afyonkarahisarda silahlı hücum qeydə alınıb, ölənlər var
Region
21:15
Azərbaycan cüdoçuları Zaqrebdə Qran-Pri turnirində iştirak edəcəklər
Fərdi
21:12
Dmitriyev: Putin Trampın Ukraynada nizamlanma səylərini yüksək qiymətləndirir
Region