Avropa çempionatı: Azərbaycan boksçusu Səbuhi Əlizadənin erməni rəqibi diskvalifikasiya olunub

Fərdi
  • 18 noyabr, 2026
  • 10:31
Avropa çempionatı: Azərbaycan boksçusu Səbuhi Əlizadənin erməni rəqibi diskvalifikasiya olunub

Xorvatiyanın Poreç şəhərində keçirilən boks üzrə U-23 Avropa çempionatında Azərbaycan təmsilçisi Səbuhi Əlizadənin erməni rəqibi İşxan Hovsepyan diskvalifikasiya olunub.

Bu barədə "Report"a Azərbaycan Boks Federasiyasından məlumat verilib.

Səbuhi Əlizadə (+90 kq) 1/8 finalda İ.Hovsepyanı (Ermənistan) mübarizədən kənarlaşdırıb. 3 xəbərdarlıq alan rəqib yarışdan diskvalifikasiya olunub.

Əlizadə 1/4 finalda ilk mərhələdən azad olan Kiril Georgiyevlə (Bolqarıstan) qarşılaşacaq. Döyüş noyabrın 20-də olacaq.

Qeyd edək ki, U-23 Avropa çempionatında 39 ölkədən 276 idmançı mübarizə aparır.

44 filmi