Azərbaycanın Qərb rayonlarında subasma təhlükəsi ilə əlaqədar xəbərdarlıq edilib
Ekologiya
- 26 may, 2024
- 09:51
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Mayın 26-da qonşu ölkələrin ərazisində Debet çayına yağan leysan nəticəsində çaydan güclü sel keçib, hazırda da davam etməkdədir.
Bunu "Report" Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib.
Onun sözlərinə görə, Debet çayının Kürə töküldüyünü nəzərə alsaq, Gürcüstanda Kürə yağan yağışlar nəticəsində çayın Tbilisi məntəqəsində səviyyənin kəskin artması müşahidə olunur:
"Bununla əlaqədar olaraq, 26-28 may tarixlərinə Kür çayının Qıraq Kəsəmən məntəqəsində çayın səviyyəsinin artacağı, Qazax, Ağstafa və Tovuz ərazilərində subasma olacağı istisna olunmur.
Yaranmış vəziyyətlə əlaqədar həmin ərazilərdə yaşayan əhalidən diqqətli olmaq xahiş edilir, sahillərdən məsafə saxlamaq tövsiyə edilir".
Son xəbərlər
11:10
Foto
Azərbaycanda kibertəhlükəsizlik üzrə ixtisaslı yerli mütəxəssislər hazırlanacaq
İKT
11:09
Moratinos: Mədəniyyətlərarası dialoq olmadan davamlı sülh mümkün deyil
Xarici siyasət
11:08
Apellyasiya məhkəməsi: Zərər ödənilib barışıq olarsa, məhkəmə humanistlik göstərə bilər
Daxili siyasət
11:07
Tbilisidə II Beynəlxalq Maliyyə Zirvəsi keçirilir
Region
11:07
Milli Məclis borc tələbinin qiymətli kağızlara yönəldilməsini III oxunuşda qəbul edib
Milli Məclis
11:06
Parlamentdə təhlükəli mallarla bağlı tədbirlər dairəsinin müəyyənləşdirilməsi son oxunuşdan keçib
Milli Məclis
11:05
MM kommersiya aviasiya ekipajlarının iş və istirahət rejiminin tənzimlənməsini qəbul edib
Milli Məclis
11:04
Ermənistan parlamentində spiker və müxalifətçi deputat arasında gərginlik yaşanıb
Region
11:02
Parlamentin növbəti plenar iclası keçirilir, 12 məsələ müzakirə ediləcək
Milli Məclis