Azərbaycandan Həccə gedənlər üçün sənəd qəbulu fevralın 15-də başa çatacaq
Din
- 30 dekabr, 2025
- 12:01
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycandan Həcc ziyarətinə gedənlər üçün sənəd qəbulu 2026-cı il fevralın 15-də başa çatacaq.
Bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri deyib.
QMİ rəsmisi bildirib ki, Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyinin tələbinə əsasən, Həcc ziyarəti ilə bağlı bütün prosedurlar tez başa çatmalıdır:
"Bu səbəbdən kvota dolsa da, dolmasa da sənəd qəbuluna 2026-cı il fevralın 15-də yekun vuracağıq".
Xatırladaq ki, QMİ 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiymətini 6 100 ABŞ dolları müəyyən edib. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək.
Son xəbərlər
21:46
Elnur Məmmədov ölkəmizdə səfərdə olan Asa Regner ilə görüşüb
Xarici siyasət
21:42
Zelenski səfərbərlik və hərbi vəziyyətin müddətini uzadıb
Digər ölkələr
21:41
Moldova və Ukrayna hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıb
Digər ölkələr
21:37
Aİ Avropa Sülh Fondu vasitəsilə 4,9 milyard avro ayırıb
Digər ölkələr
21:22
Foto
Rövşən Nəcəf və Canni İnfantino U-15 dünya çempionatının oyunlarını izləyiblər
Futbol
20:57
"Vatican News"un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib
Xarici siyasət
20:52
Nani "Aktobe" klubundan ayrılacağını açıqlayıb
Futbol
20:43
Foto
"AmCham" və Azərbaycan sığortaçıları strateji əməkdaşlığın 5 istiqamətini müəyyən ediblər
Maliyyə
20:38
Bakıda Vatikan səfirliyinin yaradılmasının vacibliyi vurğulanıb
Din