Rövşən Nəcəf və Canni İnfantino U-15 dünya çempionatının oyunlarını izləyiblər

Futbol
  • 26 oktyabr, 2026
  • 21:22
Rövşən Nəcəf və Canni İnfantino U-15 dünya çempionatının oyunlarını izləyiblər

AFFA prezidenti Rövşən Nəcəf və FIFA prezidenti Canni İnfantino FIFA U-15 dünya çempionatı və festivalı çərçivəsində Hövsan Yarış Kompleksində keçirilən qarşılaşmaları izləyiblər.

"Report" AFFA-ya istinadən xəbər verir ki, Rövşən Nəcəf bu gün Azərbaycan millisinin keçirdiyi hər iki oyunu izləyib.

Qurum rəhbəri həmçinin milli komandanın üzvləri ilə görüşərək futbolçularla səmimi söhbət edib.

Gün ərzində Hövsan Yarış Kompleksini ziyarət edən Canni İnfantino da müxtəlif qarşılaşmaları izləyib. FIFA prezidenti yarış meydançalarında olub, futbolçular və turnirin təşkilində çalışan əməkdaşlarla söhbət edib.

Xatırladaq ki, oktyabrın 26-da Azərbaycan millisi ilk qarşılaşmada İsrail yığmasını 3:1 hesabı ilə məğlub edib. Günün ikinci oyununda isə Haiti yığması ilə üz-üzə gələn komandamız 0:4 hesabı ilə uduzub.

Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçirilir. Turnirin final görüşü Bakı Kristal Zalında gerçəkləşəcək.

44 filmi