Trüdonun hökumətindən bir neçə nazir Kanada Nazirlər Kabinetinin yeni tərkibinə daxil olacaq
Digər ölkələr
- 14 mart, 2025
- 19:05
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Kanadanın Baş naziri Castin Trüdonun hökumətindən bəzi nazirlər gələcək Baş nazir Mark Karninin Nazirlər Kabinetinə daxil olacaqlar.
“Report” TASS-a istinadən xəbər verir ki, xarici işlər naziri Melani Joli vəzifəsində qalacaq. Maliyyə naziri Dominik Leblan kabinetdəki yerini saxlayacaq, lakin yeni portfel alacaq. Onun yerini əvvəllər İnnovasiya, Elm və Sənaye Nazirliyinə rəhbərlik edən Fransua-Filipp Şampan tutacaq.
Keçmiş baş nazir müavini Xristya Friland hökumətə qayıdacaq, ona nəqliyyat naziri vəzifəsi təklif olunub.
Karni hökumətində nazirlərin sayı 36 nəfərdən 15-20 nəfərə qədər azala bilər.
Martın 9-da Kanada Liberal Partiyası Kanada Bankının keçmiş rəhbəri Mark Karnini yeni lider seçib.
Son xəbərlər
04:23
Yaponiya sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib
Digər ölkələr
03:38
Tramp Avropadakı iğtişaşlarla bağlı diqqətçəkən paylaşım edib
Digər ölkələr
03:12
Türkiyənin Kapital Bazarları Şurasına yeni sədr təyin edilib
Region
02:35
Haaqada gənclərin etiraz aksiyalarında 34 nəfər saxlanılıb
Digər ölkələr
02:23
Foto
Dakarda Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib
Fərdi
02:08
Tbilisidə IMMAF dünya çempionatı başlayır, Azərbaycan 7 idmançı ilə təmsil olunur
Fərdi
01:39
Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçiriləcək
Digər ölkələr
01:21
İranda baş verən yol qəzasında doqquz nəfər həlak olub
Region
00:54
Fransada etiraz aksiyalarında 511 nəfər saxlanılıb - Yenilənib-2
Digər ölkələr