Donald Tramp "shutdown"un nə qədər davam edəcəyini açıqlayıb
Digər ölkələr
- 26 dekabr, 2018
- 02:26
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 26 dekabr. REPORT.AZ/ ABŞ hökuməti demokratlar Konqresdə Meksika ilə sərhəddə divarın inşasına vəsait ayrılmasının lehinə səs verməyincəyə qədər, öz işini bərpa etməyəcək.
“Report” xəbər verir ki, bunu Amerika lideri Donald Tramp deyib.
"Mən hökumətin öz işini nə zaman bərpa edəcəyini deyə bilmərəm. Lakin deyə bilərəm ki, divar, hasar, hər necə adlandırırlarsa, olmayınca, bu, baş verməyəcək", — deyə "Associated Press" Trampın sözlərini sitat gətirib.
O həmçinin qeyd edib ki, narkotik maddələrin qanunsuz dövriyyəsi və qanunsuz miqrasiyanın qarşısı yalnız bu maneənin inşası yolu ilə alına bilər.
ABŞ hökuməti dekabrın 22-də fəaliyyətini qismən dayandırıb.
Son xəbərlər
04:57
Rubio: Vens prezident seçkilərində iştirak etsə, onu dəstəkləyəcəyəm
Digər ölkələr
04:07
Foto
Türkiyənin sabiq naziri Fatma Betül Sayan Kaya həbs edilib
Region
03:44
Heqset: Konqresdə mənim istefama nail ola bilməyəcəklər
Digər ölkələr
03:03
Kuşner: ABŞ və müttəfiqləri Avropaya dair məzmunlu məsləhətləşmələr aparıb
Digər ölkələr
02:49
Zonqulkdakda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Region
02:29
Tramp: Ukrayna ilə bağlı saziş bütün Avropaya təsir edə bilər
Digər ölkələr
02:19
İran "Starlink"ə qarşı yerli peyk interneti yaratmaq istəyir
Region
01:59
UEFA Avropa Liqası: "Milan" öz meydanında uduzub, "Yuventus" səfərdə qələbə qazanıb
Futbol
01:57
UEFA Konfrans Liqası: "Trabzonspor" öz meydanında məğlub olub
Futbol