Sandra Kulibali Lerua: Süni intellekt əmək bazarında gender bərabərsizliyini artıra bilər

Digər ölkələr
  • 28 oktyabr, 2026
  • 11:15
Sandra Kulibali Lerua: Süni intellekt əmək bazarında gender bərabərsizliyini artıra bilər

Dövlət siyasəti hazırlanarkən süni intellektin inkişafı və iqlim dəyişiklikləri vaxtında nəzərə alınmazsa qadınların təhsili və məşğulluğu sahəsində bərabərsizlik arta bilər.

"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Frankofoniya Təşkilatının (OIF) nümayəndəsi Sandra Kulibali Lerua (Sandra Coulibaly Leroy) Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bildirib.

"Tendensiyalar kəsişir və eyni zamanda eyni bir insanın həyatına təsir edir", - deyən nümayəndə əlavəe dib ki, iqlim dəyişiklikləri, texnoloji inkişaf və mədəni amillər qadınların vəziyyətinə kompleks təsir göstərir.

S.Lerua diqqəti iqlim təhdidlərinin təhsil üçün nəticələrinə yönəldib. Onun təqdim etdiyi UNİCEF məlumatlarına görə, 2025-ci ildə iqlim hadisələri dünyadakı hər on şagirddən birinin tədris prosesini pozub.