Rubio: Tramp İran məsələsinin imkan daxilində diplomatiya ilə həllinə üstünlük verir

Digər ölkələr
  • 31 oktyabr, 2026
  • 21:07
Rubio: Tramp İran məsələsinin imkan daxilində diplomatiya ilə həllinə üstünlük verir

ABŞ İranla münaqişənin həlli üzrə çoxsaylı təmaslar edir və davamlı olaraq danışıqlar aparır.

"Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio Atlantada (Corciya ştatı) G20 ölkələrinin xarici işlər nazirlərinin görüşlərinin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

"Çoxsaylı məsləhətləşmələr aparılır. Əslində, məsləhətləşmələr, danışıqlar heç vaxt dayanmayıb. Fasiləsiz məsləhətləşmələr aparılır, bəzi hallarda birbaşa, lakin əksər hallarda vasitəçilər vasitəsilə. Prezident (ABŞ Donald Tramp - red.) mümkündürsə, dünyadakı istənilən problemi diplomatik və sülh yolu ilə həll etməyə üstünlük verir. O etiraf edir ki, təəssüf ki, dünyada sülh yolu ilə həll edilməsi mümkün olmayan bəzi problemlər var, lakin biz onları məhz bu cür [diplomatik] həll etməyə üstünlük veririk", - deyə Rubio bildirib.

44 filmi