Cüdo üzrə Asiya Kuboku: Azərbaycan millisinin bütün təmsilçiləri mükafatçılar sırasında yer alıblar

Fərdi
  • 31 oktyabr, 2026
  • 21:13
Cüdo üzrə Asiya Kuboku: Azərbaycan millisinin bütün təmsilçiləri mükafatçılar sırasında yer alıblar

İordaniyanın paytaxtı Əmmanda keçirilən cüdo üzrə gənclər arasında Asiya Kubokunda Azərbaycan millisinin bütün təmsilçiləri mükafatçılar sırasında yer alıblar.

"Report" xəbər verir ki, komanda 2 qızıl, 2 gümüş və 1 bürünc olmaqla, ümumilikdə 5 medal əldə edib.

Gülşən Hüseynova (48 kq) və Ayan Əliyeva (63 kq) turnirin qalibi olublar. Gülgəz Musayeva (48 kq) və Aytən Verdiyeva (57 kq) ikinci, Çinarə Sadıqova (52 kq) isə üçüncü yeri tutub.

Azərbaycan yığması ilk yarış gününü qızların mübarizəsində 1-ci, ümumi komanda hesabında isə 2-ci sırada başa vurub.

Beynəlxalq yarışda 19 ölkədən 121 cüdoçu iştirak edir.