Pentaqon Polşada ABŞ hərbi bazasının tikintisini təsdiqləyib
- 10 noyabr, 2026
- 23:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Pentaqon amerikalı hərbçilərin orada daimi yerləşdirilməsi üçün Polşada hərbi bazanın tikintisini təsdiqləyib.
"Report" xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin mətbuat xidmətinin bəyanatında bildirilir.
"Polşada ABŞ-nin daimi bazası ilə bağlı Pentaqondan "yaşıl işıq" var", - Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış Vaşinqtonda Pentaqon rəhbəri Pit Heqsetlə danışıqların yekunları üzrə bildirib.
Qurumun məlumatına görə, yekun qərar dekabrın əvvəlində Ağ Ev tərəfindən qəbul ediləcək.
"Bu gün biz müdafiə sənayesi və birgə təşəbbüslər sahəsində qarşılıqlı əməkdaşlıq haqqında saziş imzaladıq. Biz istəyirik ki, Polşa-Amerika şirkətləri tərəfindən istehsal olunan silahların dəyəri Avropa vəsaitləri, Avropa İttifaqının vəsaitləri hesabına ödənilə bilsin. Mən belə bir bəyanatı gələn çərşənbə axşamı Aİ müdafiə nazirlərinin görüşündə təqdim edəcəyəm. Polşa bu gün təkcə NATO-nun şərq cinahında deyil, Avropa təhlükəsizliyində lider kimi məhz belə bir rol oynayır", - nazir həmçinin bildirib.