Konqo DR-də yaraqlılar tərəfindən öldürülən 40 nəfərin meyiti aşkarlanıb

Digər ölkələr
  • 10 noyabr, 2026
  • 23:27
Konqo DR-də yaraqlılar tərəfindən öldürülən 40 nəfərin meyiti aşkarlanıb

Konqo Demokratik Respublikasının (KDR) şimal-şərqindəki İturi vilayətində "Demokratik Qüvvələr Alyansı" (DQA) qruplaşmasının yaraqlıları tərəfindən öldürüldüyü ehtimal edilən 40-dan çox dinc sakinin meyiti aşkarlanıb.

"Report" "Actualite"yə istinadən xəbər verir ki, bu barədə yerli ictimai təşkilatlar məlumat yayıb.

Məlumata görə, hücumlar noyabrın 1-dən etibarən bir neçə yaşayış məntəqəsində baş verib.

"Həlak olanların cəsədləri Maduanaze, Bukoka, Mabeko, Mabuho, Kvanza, Kazaroho və Nduma yaşayış məntəqələrində tapılıb. Lakin davam edən təhlükəsizlik təhdidləri və silahlı yaraqlıların mövcudluğu səbəbindən bu ərazilərə giriş məhdud olaraq qalır. Həlak olanların qohumları və xilasetmə xidmətləri qalıqları təxliyə etmək üçün hələ ki hadisə yerlərinə çata bilmirlər", - məlumatda bildirilir.

Məlumata görə, hücumların qurbanları əsasən kənd təsərrüfatı torpaqlarında işləyərkən qəfil yaxalanan fermerlər və kənd sakinləri olub.

Vətəndaş cəmiyyəti nümayəndələri hakimiyyət orqanlarını və Konqo DR Silahlı Qüvvələrini regionda mövcudluğunu gücləndirməyə, yaşayış məntəqələrinin müdafiəsini təmin etməyə və həlak olanların meyitlərinin təxliyəsi üçün təhlükəsiz marşrutlar açmağa çağırıblar.

44 filmi