İsrail Ordusu HƏMAS-ın hərbi qanadının bölmə komandirini zərərsizləşdirib

Digər ölkələr
  • 16 noyabr, 2026
  • 22:49
İsrail Ordusu HƏMAS-ın hərbi qanadının bölmə komandirini zərərsizləşdirib

İsrailin Müdafiə Ordusu HƏMAS-ın hərbi qanadının taqım komandiri Hüssam Salehin öldürüldüyünü bildirib.

"Report" xəbər verir ki, bu barədə qurumun sosial şəbəkələrdəki bəyanatında qeyd olunub.

İsrail hərbçilərinin sözlərinə görə, o, 2023-cü il oktyabrın 7-də İsrail ərazisinə hücumun iştirakçılarından biri olub.

İsrail Müdafiə Ordusunun məlumatına görə, əməliyyat zamanı HƏMAS-ın daha 4 yaraqlısı öldürülüb.

"Müharibə ərzində bu şəxslər dinc İsrail sakinlərinə və hərbi qulluqçularına hücumlarda iştirak edib, həmçinin atəşkəs rejimini dəfələrlə pozaraq HƏMAS-ın döyüş potensialının bərpası ilə məşğul olublar". - açqlamada bildirilir.

İsrail Ordusu vurğulayıb ki, əməliyyat, həmin yaraqlıların yaratdığı birbaşa təhlükəni aradan qaldırmaq üçün keçirilib.

44 filmi