İordaniyada kilsəyə hücum edənlər barəsində ölüm hökmü çıxarılıb

Digər ölkələr
  • 15 noyabr, 2026
  • 15:50
İordaniyada kilsəyə hücum edənlər barəsində ölüm hökmü çıxarılıb

İordaniyanın Dövlət Təhlükəsizliyi Məhkəməsi oktyabrın 23-də Əl-Kərək əyalətində pravoslav kilsəsinə hücum edən üç nəfər barəsində ölüm hökmü çıxarıb.

"Report" xəbər verir ki, bu barədə "Petra" informasiya agentliyi məlumat yayıb.

Məhkəmə təqsirləndirilən şəxsləri insan tələfatı ilə nəticələnən terror fəaliyyətinin doqquz epizodunda, silah və döyüş sursatlarından istifadə etməklə hücumlar törətməkdə, silahlı terror aktları hazırlamaqda və terror qruplaşmasının təbliğatını yaymaqda təqsirli bilib.

Hökmün apellyasiya şikayəti verilərək mübahisələndirilməsi mümkündür. Bundan əlavə, İordaniya qanunvericiliyinə əsasən, qərar mütləq qaydada Kassasiya Məhkəməsində nəzərdən keçirilməlidir.

Xatırladaq ki, oktyabrın 23-də Həmmud rayonundakı Müqəddəs Georgi pravoslav kilsəsində keçirilən anım mərasimi zamanı silahlı üç nəfər orada olan insanlara atəş açdıqdan sonra hadisə yerindən qaçıb. Daha sonra onlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar.

Silahlı hücum nəticəsində 9 nəfər ölüb, 34 nəfər yaralanıb.

44 filmi