Ərəb koalisiyası Yəməndə 120 husini öldürüb
Digər ölkələr
- 02 dekabr, 2021
- 04:42
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəmənin Marib şəhərində keçirdiyi əməliyyat zamanı husilərin 120 nümayəndəsini öldürüb.
"Report" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəsmi SPA agentliyi məlumat yayıb.
Belə ki, son 24 saat ərzində koalisiya qüvvələri Maribdə husilərin 23 hədəfinə hücum edib. Nəticədə 120 silahlı öldürülüb, 16 hərbi avtomobil və iki hava hücumundan müdafiə sistemi məhv edilib.
Husilər 2014-cü ildən Yəmənin paytaxtı Səna da daxil olmaqla, ölkənin bəzi bölgələrinə nəzarəti ələ keçiriblər.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası 2015-ci ilin martından Yəmən hökumətinə dəstək verir.
Son xəbərlər
05:45
Egey dənizində zəlzələ olub
Region
04:57
Rubio: Vens prezident seçkilərində iştirak etsə, onu dəstəkləyəcəyəm
Digər ölkələr
04:07
Foto
Türkiyənin sabiq naziri Fatma Betül Sayan Kaya həbs edilib
Region
03:44
Heqset: Konqresdə mənim istefama nail ola bilməyəcəklər
Digər ölkələr
03:03
Kuşner: ABŞ və müttəfiqləri Avropaya dair məzmunlu məsləhətləşmələr aparıb
Digər ölkələr
02:49
Zonqulkdakda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Region
02:29
Tramp: Ukrayna ilə bağlı saziş bütün Avropaya təsir edə bilər
Digər ölkələr
02:19
İran "Starlink"ə qarşı yerli peyk interneti yaratmaq istəyir
Region
01:59
UEFA Avropa Liqası: "Milan" öz meydanında uduzub, "Yuventus" səfərdə qələbə qazanıb
Futbol