AEBA: İranda 400 kq-dan çox zənginləşdirilmiş uranın yeri hələ də məlum deyil

Digər ölkələr
  • 13 noyabr, 2026
  • 13:26
AEBA: İranda 400 kq-dan çox zənginləşdirilmiş uranın yeri hələ də məlum deyil

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranda 400 kq-dan çox zənginləşdirilmiş uranın harada olması barədə hələ də məlumatlı deyil.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə AEBA-nın Vyanada dərc edilmiş İran üzrə texniki hesabatında bildirilib.

"Məlumatın olmaması və potensial olaraq hərbi məqsədlər üçün də istifadə edilə biləcək materialların yoxlanılması üçün obyektlərə girişin təmin edilməsindən imtina olunması ciddi narahatlıq doğuran səbəbdir. Vəziyyət ən qısa zamanda tənzimlənməlidir", - məlumatda qeyd olunub.

Bununla yanaşı, agentlik vurğulayıb ki, ABŞ və İsrailin İranın nüvə obyektlərinə endirdiyi zərbələr misli görünməmiş vəziyyət yaradıb. Eyni zamanda, AEBA ölkədə yoxlamaların mümkün qədər tez bir zamanda bərpa edilməsini son dərəcə vacib hesab edir.

44 filmi