BMTMM sədri: Ermənistanda sülhə qarşı çıxan dörd qüvvəni qeyd etmək olar

Daxili siyasət
  • 18 noyabr, 2026
  • 12:02
BMTMM sədri: Ermənistanda sülhə qarşı çıxan dörd qüvvəni qeyd etmək olar

Ermənistanda sülhə qarşı çıxan dörd qüvvəni qeyd etmək mümkündür.

'Report" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakı Slavyan Universitetində keçirilən"Sülh və təhlükəsizlik: Cənubi Qafqaz yeni geosiyasi reallıqlar kontekstində" adlı konfransda deyib.

O, həmin qüvvələr sırasında Ermənistan müxalifəti, kilsə və diasporunun adını çəkib:

"Bu qüvvələrdən üçündən ikisi Rusiyaya bağlıdır. Rusiya özü də sülh istəməyən dördüncü qüvvə kimi çıxış edir. Rusiya bizim qonşumuzdur və onunla yaxşı münasibətlərimiz var. Amma həqiqət ondan ibarətdir ki, Rusiyanın daxilində elə qüvvələr var ki, Ermənistanla sülhün əldə olunmasını və Ermənistan Konstitusiyasının dəyişdirilməsini istəmirlər. Bu qüvvələr özlüyündə maraqlı tədqiqat obyektidir, araşdırma mövzusudur. Beləliklə, söhbət dörd qüvvədən gedir: kilsə, müxalifət, diaspor və Rusiya. Ona görə də biz bu məsələlərlə birbaşa məşğul oluruq".