Azərbaycanda vergi güzəşt və azadolmalarının müddətinin uzadılması nəzərdə tutulur
- 05 noyabr, 2026
- 13:13
Yeniliklərdən dərhal xəbərdar olun!
2027-ci ildə Azərbaycanda real sektorun inkişafını dəstəkləyən vergi güzəşt və azadolmalarının müddətinin uzadılması nəzərdə tutulur.
"Report" xəbər verir ki, bu, 2027-ci ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.
Sənədə əsasən, vergi siyasətində əsas prioritetlərdən biri olan biznes mühitinin daha əlverişli və proqnozlaşdırıla bilən əsaslarla formalaşdırılması, real sektorun inkişafını dəstəkləyən vergi güzəşt və azadolmalarının müddətinin uzadılması, qeyri-neft sektorunun inkişafı məqsədilə nəticəyönümlü yeni güzəştlərin müəyyən edilməsi nəzərdə tutulur.
Bundan başqa, vergi gəlirlərinin dayanıqlılığının təmin edilməsi üçün əsas istiqamətlərdən biri vergitutma bazasının genişləndirilməsi və vergitutma obyektlərinin daha dəqiq müəyyən edilməsidir. Bu çərçivədə uçot, hesabat və ödəmə intizamına nəzarətin gücləndirilməsi nəzərdə tutulur.