TÜRKPA Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılmasını təqdir edib
Xarici siyasət
- 28 avqust, 2022
- 05:22
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılmasına dair bəyanat yayıb.
TÜRKPA-dan "Report"a bildirilib ki, Assambleyanın Katibliyi 2020-ci il 9/10 noyabr tarixli üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq davam etməkdə olan prosesin bir hissəsi kimi, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılmasını təqdir edir.
TÜRKPA qardaş Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə sadiqliyini bir daha xatırladaraq, Azərbaycan və Ermənistan arasında əlaqələrin normallaşması üçün səylərə dəstəyini ifadə edir və bu prosesin Cənubi Qafqazda davamlı sülh, sabitlik və dayanıqlı inkişafa nail olunmasına töhfə verəcəyinə inanır.
Парламентская ассамблея тюркских государств высоко оценила возвращение города Лачын, сел Забух и Сус Азербайджану
TURKPA hails return of Lachin city, Zabukh and Sus villages to Azerbaijan
Son xəbərlər
17:01
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Xocalı Soyqırımı Memorialını ziyarət ediblər
Qarabağ
16:55
Premyer Liqa: "Sumqayıt" "Zəfər turu"nda "İmişli" ilə heç-heçə edib
Futbol
16:52
Foto
Gəncədə Zəfər Gününə həsr olunan konsert baş tutub
Daxili siyasət
16:50
Foto
Daşkəsəndə Zəfər Günü təntənəli bayram konserti ilə qeyd edilib
Sosial müdafiə
16:46
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
Region
16:45
Türkiyə Prezidenti: İnanıram ki, növbəti gəlişimizdə Şuşa daha da fərqli olacaq
Xarici siyasət
16:37
Ərdoğan: Gələn il Ağdamda məktəbin açılışını edəcəyik
Xarici siyasət
16:33
Foto
Video
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin çıxışları təşkil olunub - Fotoreportaj
Hərbi
16:27
Azərbaycanın U-20 millisinin Qəbələdə və Bakıda təlim-məşq toplanışı olacaq
Futbol