Daşkəsəndə Zəfər Günü təntənəli bayram konserti ilə qeyd edilib

Sosial müdafiə
  • 08 noyabr, 2026
  • 16:50
Daşkəsəndə Zəfər Günü təntənəli bayram konserti ilə qeyd edilib

Zəfərin altıncı ildönümü münasibətilə Daşkəsəndə ümumrayon tədbiri keçirilib.

"Report"un Qərb bürosunun məlumatına görə hərbçilərin də iştirakı ilə Daşkəsən Şəhidlər Xiyabanına yürüş təşkil olunub.

Şəhid məzarları ziyarət edilərək üzərinə gül dəstələri düzülüb, dualar oxunub.

Daşkəsən rayon Mədəniyyət Mərkəzində nümayiş etdirilən rəsm, əl işləri, kitab sərgiləri və idmançıların təltifi bayram tədbirinə əlavə rəng qatıb.

Bayram konserti keçirilib və müğənnilərin çıxışları alqışlarla qarşılanıb.