Səfir: "Azərbaycanın biznes dairələrinə Özbəkistanla işgüzar əlaqələr qurmaq üçün yeni imkanlar açılır"
- 05 mart, 2018
- 12:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 5 mart. REPORT.AZ/ "Azərbaycanın biznes dairələrinə Özbəkistanla işgüzar əlaqələr qurmaq üçün yeni imkanlar açılır".
"Report" xəbər verir ki, bunu Özbəkistanın Azərbaycandakı səfiri Şirzod Fayziyev Bakıda Özbəkistanın "Artel" şirkətinin məhsullarının təqdimatında deyib.
Onun sözlərinə görə, belə tədbirlər təkcə sahibkarlar arasında işgüzar əlaqələrin formalaşmasında mühüm amil olmayacaq, həm də qardaş Özbəkistan və Azərbaycan xalqları arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcək.
Öz növbəsində, tədbirdə çıxış edən Azərbaycanın iqtisadiyyat nazirinin müşaviri Məsim Məmmədov Azərbaycanın regionda Özbəkistanın vacib iqtisadi və ticarət tərəfdaşı olduğunu və ölkələr arasındakı əlaqələrin dərin və çoxyönlü xarakter daşıdığını vurğulayıb.