Monqolustanda yaşayan Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti göstəriləcək

Xarici siyasət
  • 18 noyabr, 2026
  • 07:10
Monqolustanda yaşayan Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti göstəriləcək

Monqolustanın paytaxtı Ulan-Bator şəhərində noyabrın 21-də Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidmətinin göstərilməsi planlaşdırılır.

Bu barədə "Report" Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyinə istinadən xəbər verir.

Qəbul diplomatik Səfirliyin əməkdaşları tərəfindən həyata keçiriləcək.

Səyyar konsulluq xidməti çərçivəsində, o cümlədən ümumvətəndaş pasportlarının yenilənməsi ilə bağlı müraciətlər qəbul ediləcək.

Müraciət etmək istəyən vətəndaşlardan noyabrın 20-si saat 17:00-dək ad, soyad, ata adı, pasportun surəti və əlaqə nömrəsini seoul@mission.mfa.gov.az elektron poçt ünvanına göndərməklə qeydiyyatdan keçmələri xahiş olunur.

Konsulluq xidməti Ulan-Bator şəhəri, БЗД 5-р хороо, Монгол кино, 302 тоот ünvanında göstəriləcək.