Dmitro Şlapaçenko: BMT Qarabağ regionunda öz fəaliyyətini inkişaf etdirmək niyyətindədir
- 23 oktyabr, 2026
- 14:22
Yeniliklərdən dərhal xəbərdar olun!
BMT Qarabağ regionunda öz fəaliyyətini inkişaf etdirmək niyyətindədir.
"Report"un Xankəndiyə ezam olunan əməkdaşı xəbər verir ki, bunu "Qarabağda DİM anı: Gələcək üçün Azərbaycan–BMT tərəfdaşlığı" mövzusunda yüksək səviyyəli strateji dialoq çərçivəsində jurnalistlərə açıqlamasında təşkil olunan tədbirdə BMT-nin Azərbaycandakı rezident koordinatoru Dmitro Şlapaçenko deyib.
Onun sözlərinə görə, BMT-nin yaradılmasının növbəti ildönümnünün Qarabağda qeyd edilməsi rəmzi məna daşıyır:
"Qeyd etməliyəm ki, Azərbaycan hökumətində peşakar mütəxəssislər çalışırlar və ölkənin Qarabağ regionunun inkişafı ilə bağlı gözəl baxışları var. BMT bu məsələdə öz təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır. BMT həmçinin Qarabağ Universitetini dəstəkləməyə hazırdır və bu çərçivədə təklif etdik ki, gələn ilin yanvar ayından başlayaraq təşkilatın müxtəlif agentliklərinin əməkdaşları orada məruzələrlə çıxış etsinlər. Düşünürük ki, bu universitetin inkişafı region üçün çox əhəmiyyətlidir. Ümumiyyətlə, biz Qarabağ regionunda öz faliyyətimizi inkişaf etdirmək niyyətindəyik".