AZAL beynəlxalq forumda birbaşa hava əlaqələrinin yaradılmasını müzakirə edib
- 23 oktyabr, 2026
- 17:53
Yeniliklərdən dərhal xəbərdar olun!
"Azərbaycan Hava Yolları" (AZAL) QSC Almaniyanın Frankfurt şəhərində keçirilən "Routes World 2026" beynəlxalq forumda potensial aviasiya tərəfdaşları ilə əməkdaşlıq perspektivlərini müzakirə edib.
"Report" xəbər verir ki, bu barədə AZAL-ın İdarə Heyətinin sədri Samir Rzayev məlumat verib.
Onun sözlərinə görə, beynəlxalq hava əlaqələrinin inkişafı Azərbaycanın turizm potensialının genişləndirilməsi və iqtisadi inkişafının dəstəklənməsi baxımından böyük əhəmiyyət daşıyır.
"Görüşlərdə yeni birbaşa hava əlaqələrinin yaradılması və beynəlxalq aviaşirkətlərlə tərəfdaşlıq imkanlarını dəyərləndirdik. Ümid edirəm ki, belə qlobal tədbirlər yeni tərəfdaşlıqların qurulmasına və lazımi nəticələrin əldə olunmasına töhfə verəcək", - S.Rzayev qeyd edib.