Ceyhun Bayramov: Güman edək ki, ABŞ-Çin-Rusiya liderlərinin görüşü müharibələrin həllinə töhfə verəcək

Xarici siyasət
  • 18 noyabr, 2026
  • 11:42
Ceyhun Bayramov: Güman edək ki, ABŞ-Çin-Rusiya liderlərinin görüşü müharibələrin həllinə töhfə verəcək

ABŞ-Çin-Rusiya liderlərinin görüşü dünyanın üç ən böyük nüvə dövlətinin, iqtisadi gücünün görüşüdür.

"Report"un məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Yohan Vadefulla Bakıda brifinqdə deyib.

"Bu görüş dünyada gedən proseslərə təsiri olan ölkə liderlərinin görüşüdür. Bizim bununla bağlı, təbii ki, gözləntilərimiz var. Güman edək ki, bu görüşdə dünyanı maraqlandıran mövzular müzakirə ediləcək və görüş münaqişələr, müharibələrin həlli üçün töhfə verəcək", - nazir bildirib.

Qeyd edək ki, sabah - noyabrın 19-da Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı (APEC) sammiti çərçivəsində Rusiya, Çin və ABŞ liderlərinin üçtərəfli görüşünün keçiriləcəyi planlaşdırılır.

44 filmi