Ceyhun Bayramov: "Bir sıra dövlət və beynəlxalq təşkilatla danışıqlar aparılıb"
Xarici siyasət
- 28 sentyabr, 2020
- 07:37
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Dünən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə danışığımız olub. O, Ermənistanın törətdiyi təxribatı pisləyib və yanımızda olduğunu bildirib. Buna görə də qardaş ölkənin XİN başçısına təşəkkür edirəm".
"Report" xəbər verir ki, bu fikirləri Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, bir sıra dövlət və beynəlxalq təşkilatla da danışıqlar aparılıb: "Bütün danışıqlarda məsələnin mahiyyəti və mövcud durum barədə məlumat verilib. Azərbaycanın 20 faiz ərazisi hələ də işğal altındadır. Həmin ərazilərdə bir nəfər də olsun azərbaycanlı yoxdur. Həmin ərazilərdə qeyri-qanuni fəaliyyət və məskunlaşma aparılıb. Ermənistan danışıqlar prosesini iflic edib".
Son xəbərlər
09:06
Şəmkirdə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb
Hadisə
09:02
BƏƏ Milli Qvardiyası Oman körfəzində yanan gəmidən insanları xilas edib
Digər ölkələr
09:00
"Zəfər turu": "İmişli" "Sumqayıt"ı, "Sabah" "Şamaxı"nı qəbul edəcək
Futbol
08:55
Paraqvayın keçmiş Mərkəzi Bank rəhbəri Ueno Bank işi üzrə həbs edilib
Digər ölkələr
08:43
Mətbuat Şurası: Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar
Media
08:31
Koalisiya qüvvələri husilərin ballistik raketini vurub
Digər ölkələr
08:17
Ceyhun Bayramov: Parlaq zəfər xalqımızın birliyinin və sarsılmaz dövlətçilik əzminin təcəssümüdür
Daxili siyasət
08:12
XİN: Zəfər Günü milli həmrəyliyimizin, dövlətçilik iradəmizin və gələcəyə olan inamımızın rəmzidir
Daxili siyasət
08:05
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
Daxili siyasət