Paraqvayın keçmiş Mərkəzi Bank rəhbəri Ueno Bank işi üzrə həbs edilib

Digər ölkələr
  • 08 noyabr, 2026
  • 08:55
Paraqvayın keçmiş Mərkəzi Bank rəhbəri Ueno Bank işi üzrə həbs edilib

Paraqvay Mərkəzi Bankının keçmiş rəhbəri Karlos Karvalyo təxminən 3 milyon müştərinin hesablarının dondurulması ilə bağlı Ueno Bankı ilə bağlı istintaqla əlaqədar olaraq məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

"Report" xəbər verir ki, bu barədə "ABC Color" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, hakim Karvalyo barəsində 15 günlük ilkin həbs qətimkan tədbiri seçib. Prokurorluq ona etibardan sui-istifadə, xidməti mövqeyindən şəxsi məqsədlər üçün istifadə və saxta sənədlər hazırlama ittihamları irəli sürüb.

Bundan əvvəl məhkəmə bu iş üzrə noyabrın 6-da impiçment nəticəsində vəzifəsindən kənarlaşdırılan keçmiş prezident Santyaqo Penya barəsində də ilkin həbs qərarı çıxarıb.

Prokurorluğun araşdırması dövlət və pensiya vəsaitlərinin Ueno Bankda yerləşdirilməsi, eləcə də bank fəaliyyətinə nəzarət zamanı mümkün qanun pozuntuları ilə bağlıdır.

Paraqvayın Mərkəzi Bankı noyabrın 3-də Ueno Bankda xarici idarəetmə tətbiq edib. Nəticədə bankdakı bütün hesablar dondurulub. Müştərilərinin sayı təxminən 3 milyon nəfər olan bankın ölkə əhalisinin təqribən yarısına xidmət göstərdiyi bildirilir.