Azərbaycanın Gənclər və İdman naziri İrana səfərə gedəcək
Xarici siyasət
- 10 may, 2019
- 09:53
Gənclər və idman naziri Azad Rəhimov
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti İrana səfər edəcək.
"Report" İranın Azərbaycandakı səfirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 12-də baş tutacaq birgünlük səfərdə İranın idman və gənclər naziri Məsud Soltanifər, həmçinin Milli Olimpiya Komitəsinin prezidenti Rza Salehi Əmiri ilə görüşlər nəzərdə tutulub.
Görüşlərdə idman sahəsində ikitərəfli əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.
Eyni zamanda Azad Rəhimovun mayın 12-də axşam saatlarında "Azadi" İdman Kompleksinə baş çəkəcəyi də gözlənilir.
Son xəbərlər
03:08
Yüksək təzyiqə qarşı inqilabi kəşf
Sağlamlıq
02:52
Video
Minskdə Milli Kitabxana Azərbaycanın bayrağının rəngləri ilə işıqlandırılıb
Xarici siyasət
02:40
SEPAH: Hörmüz boğazında iki tanker minaya düşüb
Region
02:20
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
Futbol
02:05
Video
ABŞ hərbçiləri Oman körfəzində ticarət gəmisini sıradan çıxarıb
Digər ölkələr
01:59
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
Formula 1
01:42
Kolumbiyada hərbi obyektə dron hücumu nəticəsində 3 hərbçi ölüb
Digər ölkələr
01:17
Krakovda atışma törədən şəxsin evində üç nəfərin meyiti aşkarlanıb
Digər ölkələr
01:01
Polşada iki günlük matəm elan edilib
Digər ölkələr