İlham Əliyev və Mehriban Əliyeva Litvanın müstəqilliyi uğrunda həlak olanların xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər

Xarici siyasət
  • 22 may, 2023
  • 12:39
İlham Əliyev və Mehriban Əliyeva Litvanın müstəqilliyi uğrunda həlak olanların xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər
İlham Əliyev

Mayın 22-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vilnüsdə Litvanın müstəqilliyi uğrunda mübarizədə həlak olanların xatirəsinə ucaldılan abidəni ziyarət ediblər.

Bu barədə "Report"un Vilnüsə ezam olunan əməkdaşı xəbər verir.

Dövlət başçısının şərəfinə burada fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.

Qeyd edək ki, abidə Antakalnis qəbiristanlığında yerləşir. Burada Sovet qoşunlarının Litva Radio və Televiziyası binasına və Vilnüs teleqülləsinə hücumu nəticəsində həlak olanlar dəfn olunub.

Binaya hücum zamanı 13 dinc sakin həlak olub, 700-ə yaxın insan yaralanıb. 1991-ci il yanvarın 16-da Vilnüsdə yerləşən Antakalnis qəbiristanlığında dəfn mərasimi keçirilib. 1991-ci il hadisələrinin qurbanlarının xatirəsinə hörmət əlaməti olaraq hər il yanvarın 13-də Litvada Azadlıq Müdafiəçiləri Günü qeyd edilir.