Azərbaycan Prezidenti dominikanlı həmkarına təbrik məktubu göndərib

Xarici siyasət
  • 27 fevral, 2019
  • 08:39
Azərbaycan Prezidenti dominikanlı həmkarına təbrik məktubu göndərib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Bakı. 27 fevral. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Dominikan Prezidenti Danilo Medinaya təbrik məktubu göndərib. 

"Report" xəbər verir ki, məktubda deyilir: 

"Hörmətli cənab Prezident,

Dominikan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim sülh və firavanlıq diləyirəm".