Belçika Kralı baş nazirin istefa xahişini rədd edib

Digər ölkələr
  • 06 noyabr, 2026
  • 15:31
Belçika Kralı baş nazirin istefa xahişini rədd edib

Belçika Kralı Filip ölkənin Baş naziri Bart De Veverin istefasını qəbul etməkdən imtina edib.

Bu barədə "Report" Kral Sarayının "X" sosial şəbəkəsindəki rəsmi hesabına istinadən xəbər verir.

Məlumatda qeyd olunur ki, hakim koalisiyanın beş partiyasının sədrləri ilə məsləhətləşmələrdən sonra kral baş nazirin istefa xahişini rədd edib və ona büdcə danışıqlarını dərhal bərpa etməyi tapşırıb.

"Kral həmçinin beş partiya sədrindən onların siyasi qüvvələrinin hökumət daxilində razılığa gəlmək naminə güzəştlərə getməyə hazır olmasına dair dair rəsmi zəmanət alıb. Partiya sədrlərinin hər biri bu məqsədə nail olmaq üçün kompromisə hazır olduğunu və məsuliyyət nümayiş etdirməyi öhdəsinə götürüb", - bəyanatda bildirilib.

Sarayda vurğulayıblar ki, De Vever noyabrın 16-da danışıqların gedişatı barədə krala məruzə edəcək.

44 filmi